Sosial şəbəkələrdə zərərli çağırışlar edən şəxs cəzalandırılıb
18:17 01 Noyabr 2020
Sosial şəbəkə hesabında müharibənin aparılmasına dair konvensional qaydaları, həmçinin qanunvericiliyin tələblərini pozan şəxs məsuliyyətə cəlb edilib.
Femida.az-ın məlumatına görə, İbrahimov Nurlan Əziz oğlu sosial şəbəkədə emosional davranaraq başqa millətə qarşı qəddarlıq ifadə edən, milli, irqi və ya dini nifrət saçan çağırışlar etdiyi üçün inzibati qaydada cəzalandırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanıb, baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, N.İbrahimov həm də “Qarabağ” futbol klubunun mətbuat katibidir.
Qeyd edək ki, Azərbaycanda beynəlxalq hüququn aliliyinə, humanizm prinsiplərinə həmişə hörmətlə yanaşılıb. Qanunvericiliyin tələblərinin pozulması hallarına barışmazlıq nümayiş etdirilib, pozuntuya yol verilmiş şəxslər barədə müvafiq qaydada ölçü götürülüb. Nurlan İbrahimov haqqında məhkəmə qərarı bunu əyani şəkildə təsdiq edir. Amma bu gün Ermənistanda Azərbaycan xalqına qarşı qatı nifrət aşılanır, sosial şəbəkələrdə qəddarlıq videolarını, çağırışlarını sıravi vətəndaşlarla yanaşı, dövlət strukturlarının nümayəndələri də yayırlar. Ermənistan və onun dəstəkçiləri indiyə qədər belə çağırışların cəmi biri ilə bağlı hər hansı tədbir görülməsi barədə fakt göstərə bilərlərmi?
Cavab bəllidir: Əlbəttə, yox!
Oxunub: 548
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
- Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib
- Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək