Ermənistan vətəndaşı təxribat cəhdinə görə Polşadan deportasiya edildi


20:52     04 Noyabr 2020 2020/11/6aaccf26-483b-3100-b8f7-f5e6dec47ede_850_1604507970.jpg

Polşanın paytaxtı Varşavada azərbaycanlı tələbələrə qarşı təxribat planlaşdıran Ermənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Artur Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Femida.az -ın məlumatına görə, o, məhkəmənin qərarı ilə etnik zəmində təxribata cəhd səbəbindən ölkəsinə deportasiya olunub.

Qeyd edək ki, A.Saakyan Varşava Milli Universitetində bir neçə dəfə azərbaycanlı və türkiyəli tələbələrə qarşı təxribata və insidentə cəhd göstərib.

Açar sözlər:

Oxunub: 506