Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib


19:15     05 Noyabr 2020 20_11_05_1604589414.jpg

Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

Müdafiə Nazirliyindən (MN) Femida.az-A verilən xəbərə görə, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.

Açar sözlər:

Oxunub: 460