“Çayları zəhərləmək, meşələri yandırmaq lazımdır” - Erməni politoloqdan terrora çağırış


10:04     08 Noyabr 2020 2020/11/unnam-1604813587_1604814887.jpg


Erməni politoloq, “Demokratiya Uğrunda Tərəfdaşlıq” mərkəzinin sədri Stepan Danielyan “Facebook” səhifəsində terrora çağırış məzmunlu paylaşım edib.

“Dünyada sona qədər getməyə hazır olan xalqların ultimatumu qəbul edilir və ona hörmət olunur. İsrail bunu etdi və o, nəzərə alındı. Sərsəng su anbarını partlatmaq, Azərbaycana axan çayları zəhərləmək, bütün meşələri yandırmaq lazımdır. Ən son halda Qarabağda atom elektrostansiyasının tullantılarını yaymaq lazımdır. Əgər orada ermənilər yaşamayacaqsa, heç kim yaşamamalıdır”, - Danielyan sosial şəbəkə hesabında yazıb.



Erməni politoloqun bu çağırışı bütövlükdə Ermənistanın terrorçu və faşist mahiyyətini ifadə edir.

Açar sözlər: #Politoloq   #Erməni   #Terror  

Oxunub: 529