Bakıda politoloq rüşvətdə ittiham edilir - FOTO
10:55 11 Mart 2021
Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədr müavini Orxan Daşdəmirli barəsində cinayət işi başlanılıb.
Femida.az xəbər verir ki, bundan sonra O.Daşdəmirli sədr müavini vəzifəsindən öz ərizəsilə çıxıb.
Rüşvət vermə ittihamı ilə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Azər Paşayevin icraatında baxılacaq. Hazırlıq iclası martın 18-də keçiriləcək.
İş üzrə digər təqsirləndirilən şəxs Babayev İlkin Əbülfəz oğludur.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ititham verilib.
O.Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edir.
Oxunub: 396
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb