Ruhani Baydenə müraciət etdi - Bütün səhvləri düzəldin


20:50     08 Noyabr 2020 20_11_08_1604852372.jpg

İran Prezidenti Həsən Ruhani ABŞ seçkilərində qalib gələn Demokrat namizəd Co Bayden hökumətinin keçmiş səhvləri düzəltməyinin vacib olduğunu açıqlayıb.


Femida.az xəbər verir ki, Ruhani İranın beynəlxalq müqavilələrə sadiq qaldığını və dünya ilə konstruktiv münasibətləri təməl strategiya olaraq qəbul etdiyini bildirib.

“ABŞ-ın yeni hökuməti keçmiş səhvlərini düzəltmək üşün ortaya çıxan fürsətdən istifadə etməlidir”, - Ruhani vurğulayıb.

Ruhani Donald Trampın hakimiyyəti dövründə tətbiq olunan sanksiyalarla əlaqədar da açıqlama verib. Onun sözlərinə görə, İran ABŞ-ın iqtisadi müharibəsinə müqavimət göstərib və ABŞ-ın maksimum təzyiq siyasətinin məğlub olmağa məhkum olduğunu nümayiş etdirib.

Açar sözlər:

Oxunub: 567