Gürcüstanda daha 2 970 nəfər koronavirusa yoluxub, 22 pasiyent ölüb


11:13     10 Noyabr 2020 20_11_10_1604992089.jpg

Gürcüstanda son sutkada koronavirusa 2 970 yeni yoluxma faktı təsdiqlənib, 2 348 nəfər müalicə olunaraq sağalıb, 22 pasiyent isə vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 63 650 nəfərə çatıb. Onların 47 390-ı sağalıb, 521-i isə ölüb.

Hazırda karantin rejimində 2 765, stasionar nəzarətdə isə 4 709 nəfər var. 3 066 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.

Açar sözlər:

Oxunub: 371