Ombudsman ermənilərin hərbi əsirlərə qarşı rəftarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
17:32 12 Noyabr 2020
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı baş verib, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılıb, sülh və insanlıq əleyhinə müharibə cinayətlərinin qurbanı olub.
Ombudsman Aparatından Femida.az-A bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və səlahiyyətli digər beynəlxalq və regional təşkilatlara müraciət ünvanlanıb.
Fərdi şəkildə ünvanlanmış müraciətlərdə bildirilib ki, Ermənistan silahlı qüvvələri yalnız mülki şəxslərə deyil, digər kombatant olmayanlara, sıradan çıxmış hərbi qulluqçulara, hərbi əsirlərə münasibətdə beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirib. Hərbi əsirlərə, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə münasibətdə törətdilmiş barbarlıq aktları faktlar əsasında diqqətə çatdırılıb.
Ombudsman Səbinə Əliyevanın müraciətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətləri üzrə faktların xüsusi prosedurlar əsasında araşdırılması, beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb olunub.
Oxunub: 402
Oxşar xəbərlər
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
- Ombudsman Gəncə terrorunun ildönümü ilə bağlı bəyanat yayıb
- Ombudsmanlar azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
- Ombudsmanlar Şuşada səfərdədilər
- Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub