Yük və minik maşınları toqquşdu: ata öldü, oğlu ağır yaralandı
10:57 16 Noyabr 2020
Ucarda ölümlə nəticələnən qəza baş verib.
Femida.az -;n xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunu Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Mübariz İbrahim oğlu Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Gülsoy Serkanın idarə etdiyi "TİR" toqquşub. Nəticədə sürücü M.Rəhimov aldığı ağır xəsarətlərdən ölüb. Maşında sərnişin qismində olan oğlu, 1984-ci il təvəllüdlü Elvin Rəhimov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Oxunub: 550
Oxşar xəbərlər
- Yüksək vəzifəyə təyin olunan Əliyar Məmmədov kimdir? - DOSYE
- Yük avtomobili velosipedçilərə çırpılıb, 6 nəfər ölüb
- Yük maşınlarının ölkəyə daxil olma qaydası
- Yüksək vəzifəyə təyin olunan Əli Əlizadə kimdir? - DOSYE
- Yük avtomobilində 244 kiloqramdan çox heroin aşkar edilib - VİDEO
- Yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb - FOTO
- Yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
- Yüksək dağlıq ərazilərdə 13-19 dərəcə şaxta qeydə alınıb - FAKTİKİ HAVA
- Yük maşınının vurduğu piyadanın ayağı amputasiya edilib - MƏHKƏMƏ
- Yükdaşımalarda mühüm rol oynayan yol genişləndirilir