Ermənilər Şuşadan qovulanda şəhərə gedən su xəttini sıradan çıxarıb
13:18 25 Noyabr 2020
"Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır".
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
"Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən", - dövlət başçısı əlavə edib..
Femida.az
Oxunub: 590
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Ermənilər Ağdamda “Bakcell"in əməkdaşına atəş açaraq yaralayıb, cinayət işi başlanılıb
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilər dövlət sərhədinin Laçın istiqamətində növbəti təxribata cəhd göstərib
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilər Kəlbəcəri atəşə tutub
- Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində atəşkəsi pozub