Kimlər əfv siyahısına düşdü? – AÇIQLAMA


15:16     17 Dekabr 2015 novella%20cer.jpg

“Artıq siyahı hazırlayıb əfv komissiyasına təqdim etmişik”.


Bunu Femida.az-a açıqlamasında İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib:

“Bizim işçi qrupumuz artıq əfv oluna biləcək şəxslərin siyahısını əfv komissiyasına təqdim edib. Biz bütün siyasi məhbusları həmin siyahıya daxil etmişik. Eyni zamanda ərizə ilə müraciət edən digər məhbuslar da həmin siyahıda yer alıb. Cəzalarının 2/3 hissəsini çəkənlər, xəstəlikdən əziyyət çəkən məhbuslar siyahıda çoxluq təşkil edir. Hesab edirəm ki, təqdim etdiyimiz siyahıdan xeyli məhbus əfv olunacaq”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv fərmanını bu il martın 18-də imzalayıb. Həmin siyahıya əsasən, 90 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 8377