Borcu yaranmış şəxslərə möhlət hüququ veriləcək - Nazirlər Kabineti


19:22     07 Aprel 2015 nazirler%20kabinettiii.jpg


Nazirlər Kabineti “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edib.


Femida.az-ın məlumatına görə, bu Qayda təminat üsullarından (təminatdan) istifadə etməklə, gömrük borcunun ödənilməsinin təmin edilməsi məsələlərini tənzimləyir.

 

Gömrük orqanları mövcud və ya gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya gələcəkdə borclu olacaq şəxslərdən girov, veksel zaminliyi (aval), bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi və avans ödəmələri kimi təminatın verilməsini tələb etmək hüququna malikdirlər. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər. Şəxs tərəfindən nəzərdə tutulmuş təminatlardan istifadə edilməklə gömrük borcunun ödənilməsinə təminat verildikdə, gömrük orqanları yaranmış gömrük borcunun ödənilməsinə fors-major hallar nəticəsində borclu şəxsə zərər dəydikdə və gömrük borcunu birdəfəyə ödədiyi təqdirdə, borclu şəxsin iflasa uğramaq təhlükəsi olduqda 14 gündən 60 günədək möhlət verir. Şəxs gömrük ödənişləri üzrə yaranmış borc üzrə möhlət verilməsi üçün gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına yazılı formada ərizə ilə müraciət etməlidir. Ərizədə gömrük ödənişləri üzrə yaranmış borc üzrə gömrük orqanından möhlət verilməsinin istənilməsinin üzrlü səbəbi göstərilməlidir. İndiyə qədər gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən müraciətə daxil olduğu tarixdən 3 iş günü müddətində baxılb və qəbul edilmiş qərara əsasən müvafiq inzibati akt tərtib edilərək şəxsə təqdim edilib.

 

Dəyişikliyə əsasən bundan sonra gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən müraciətə daxil olduğu tarixdən 2 iş günü müddətində baxılacaq və qəbul edilmiş qərara əsasən müvafiq inzibati akt tərtib edilərək şəxsə təqdim ediləcək.(APA)


Femida.az

Açar sözlər:

Oxunub: 587