Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var


21:27     05 Dekabr 2020 20_12_05_1607189289.jpg

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.

Belə ki, sürücü, 24 yaşlı Cəfərov Yolçu Şaiq oğlu “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 432