Səməd Seyidov Rusiyaya gedir
01:11 18 Dekabr 2015
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dekabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.
Bu barədə Milli Məclisin mətbuat xidmətindən Femida.az-a məlumat verilib.
Deputat Rusiya Dövlət Dumasında həmkarları ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan və Rusiya parlamentləri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, qanunvericilik sahəsində informasiya, təcrübə mübadiləsi, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığı və digər aktual məsələlər müzakirə olunacaq.
Səfər dekabrın 20-də başa çatacaq.
Oxunub: 795
Oxşar xəbərlər
- Səməd Seyidov açıqladı - Bu da yeni nümayəndələr
- Səməd Seyidov: Mən elə şey deməmişəm
- Səməd Seyidov AŞPA-nın iclasında iştirak edəcək
- Səməd bəy Mehmandarovun gəlinini döydülər
- Səməd Seyidov: Azərbaycan gələcəyi müəyyən edən bir məkana çevrilib
- Səməd Seyidov partiya sədri seçildi - Avropada
- Səməd Seyidov AŞPA-da vitse-prezident seçildi
- Səməd Seyidovdan şok təklif