Rusiya səfiri İsrail XİN-ə çağırıldı
11:08 10 Dekabr 2020
Rusiyanın Təl-Əvivdəki səfiri Anatoliy Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Femida.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb. Qeyd olunub ki, səfirin XİN-ə çağırılmasına səbəb bir neçə gün əvvəl verdiyi müsahibə olub.
Viktorov müsahibəsində “İranın manevrləri deyil, İsrailin ərəb ölkələri və ya Fələstinlə qarşıdurmada Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini yerinə yetirməməsi Yaxın Şərq üçün ən böyük problemdir”,- deyə bildirib.
İsrail hökuməti tərəfindən narahatlıqla qarşılanan açıqlama səfirin nazirliyə çağırılması ilə nəticələnib.
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib