Özəl xəstəxanalarda çalışan həkim və könüllülərə mükafat ödənilib
11:40 11 Dekabr 2020
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi oktyabr ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 2 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 38 nəfər könüllüyə mükafat ödəyib.
Agentlikdən Femida.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib.
Qərara əsasən özəl tibb müəssisələrində çalışan 2 nəfər tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 5.6 min manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 38 nəfər könüllüyə oktyabr ayı üzrə ümumilikdə 9.5 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Femida.az
Oxunub: 535
Oxşar xəbərlər
- İntihar edən həkimin qonşuları elə şeylər danışdılar ki...- Gizli səs yazıları
- İntihar edən həkimin əri görün kim imiş -Şok detallar
- Ginekoloq özünü binadan niyə atıb? - “Əri içib, ona şəkil atıb ki..." - Həkimlər nələr danışdı?
- Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”
- Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
- Bakıda həkimi şantaj edən baş redaktora hökm oxunub
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Bakıda dispanserdə həkimin otağından oğurluq edilib
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib