Mingəçevirdə velosipedçini maşın vurub


21:08     11 Dekabr 2020 20_12_11_1607706598.jpg

Mingəçevirdə velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib

Femida.az -ın məlumatına görə, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.

“VAZ 21015” markalı minik maşını hərəkətdə olan velosipedçini vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib. Kimliyi hələlik müəyyənləşdirilməmiş, təxminən 50-55 yaşlı xəsarət alan kişi ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 648