11 ayda uşaqlara ən çox bu adlar qoyuldu


19:56     13 Dekabr 2020 korpe-usaq-liderxeber-640.jpg


Bu ilin on bir ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.


Azvision.az Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, 2020-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad on bir ayda 1927 uşağa verilib.
Oğlan adlarında sonrakı yerləri Uğur (1839), Əli (1838), Hüseyn (1733), Ömər (1178), Məhəmməd (1176), Murad (1126), Raul (943), Ayxan (821) və Tunar (787) tutur.

İlin on bir ayında qız uşaqlarına ən çox Zəhra adı verilib (1898). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1518), Məryəm (1447), Aylin (1378), Mələk (1335), Fatimə (1252), Nuray (1195), Nilay (1058), İnci (1021) və Dənizdir (926).

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş ildə 13 min 231 uşağa Yusif, 12 min 665 qız uşağına isə Zəhra adı qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 587