11 nömrəli marşrutun hərəkəti müvəqqəti dəyişdirilib


18:01     12 Fevral 2021 Bakubus-123.jpg

Bakının İlqar Zülfüqarov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, bu səbəbdən 11 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq Xudu Məmmədov küçəsi – Gəncə prospekti – Sadıqcan küçələri ilə təşkil edilib.

Açar sözlər:

Oxunub: 432