Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində ölkəsinə təhvil verildi
20:33 15 Dekabr 2020
Bu ilin iyul ayında Ermənistan vətəndaşı, 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Narek Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.
Femida.az xəbər verir ki, dekabrın 15-də əsir və girovların dəyişdirilməsi ilə bağlı əldə olunmuş qarşılıqlı razılaşmaya uyğun olaraq Narek Sardaryan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində hər iki tərəfdən olan heyətlərin iştirakı ilə Ermənistana təhvil verilib.
Oxunub: 696
Oxşar xəbərlər
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi