Məmmədov Fətullayevi məhkəməyə verir – Açıqlama


21:27     25 May 2015 eynulla.jpg

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı, “Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov onun həbs olunması xəbərini yayan media qurumunun rəhbərini məhkəməyə verəcək.


Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı, “Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov onun həbs olunması xəbərini yayan media qurumunun rəhbərini məhkəməyə verəcək.

Femida.az xəbər verir ki, bu barədə məlumatı F.Məmmədovun özü AzVision.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, haqqında yazılanların heç birinin əsası yoxdur:

“Vallah mən bilmirəm, 4 milyon dollar məsələsi nə idi? Kim nə yazıbsa, özü bilər. 4 milyon dollar məndə nə gəzir? Hər şeyim kreditdədir. Niyə belə yazırlar, başa düşə bilmirəm, dilim tutulur. Mənə inanmayanlar ofisə gəlsinlər, baxıb görsünlər ki, məndə 4 milyon dollar var, yoxsa yoxdur”.

Sözügedən şəxsin həbs olunması xəbərini yayan virtualaz.orq saytının rəhbəri Eynulla Fətullayev isə məhkəmə hədəsindən çəkinmədiyini deyib. O, bildirib ki, F.Məmmədovun saxlanılması xəbəri doğrudur: “Biz yoxlanılmamış məlumatları heç vaxt çap etmirik. Əgər istəyirsə, buyursun versin məhkəməyə. Fərid Məmmədov saxlanılmışdı. İki gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qalıb. Düzdür, buraxıblar, amma “Bank Texnik”in rəhbəri Rövşən İsmayılov bu günə kimi ordadır. “Xəzər” filialı çirkli pulların yuyulmasında ittiham olunur. Onun da rəhbəri Fərid Məmmədovdur. Mən nə yazdığımı bilirəm”.

Açar sözlər:

Oxunub: 1380