Birinci Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI
12:13 17 Dekabr 2020
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş bütün vətəndaşlarımız, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələ daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”.
Femida.az-ın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, hazırda Dövlət Komissiyasında birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir”.
E.Səmədov qeyd edib ki, bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir: “BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, son illərdə bu iş daha intensiv aparılır. Saziş çərçivəsində itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb, məlumatlar elektron məlumat bazasına daxil edilib. Zəruri olan digər vacib iş isə itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələrin götürülməsi ilə bağlıdır. Son illər ərzində 3 minə yaxın bioloji nümunə toplanaraq müvafiq qaydada sənədləşdirilib”.
Femida.az
Oxunub: 812
Oxşar xəbərlər
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Birinci MDB Oyunlarında 35-ci medalı qazandıq
- Birinci vitse-prezident qızıl medal qazanan idmançını təbrik edib
- Birinci doza peyvənd olunanların qapalı məkanlara daxil olmasının qaydası açıqlanıb
- Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
- Birinci sinfə qəbul bərpa edilib
- Birinci siniflərə qəbul başlayır