Şəhriyar Məmmədyarov koronavirusa yoluxub
18:21 18 Dekabr 2020
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov"Tata Steel" turnirində çıxış etmək istəməməsinin səbəbini açıqlayıb.
Femida.az - ın məlumatına görə, 35 yaşlı qrossmeyster koronavirusa yoluxduğu üçün bu qərarı verdiyini bildirib.
O, virusdan tam sağaldığını söyləyib: "Turnirdə əvəz olunmamla bağlı aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVID-19 virusuna yoluxmuşdum. Bİr müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım. Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm. Amma buna baxmayaraq hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Ceron Van Den Berqdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim".
Məmmədyarov növbəti illərdə "Tata Steel" turnirində çıxış edəcəyinə ümidvar olduğunu deyib: "Növbəti illərdə də sizləri öz oyunlarımla sevindirmək imkanım olacaq. Fürsətdən istifadə edərək, mənim qeydimə qalan həkimlərə və tibb bacılarına göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm. Hamınız xoşbəxt və sağlam olun"!
Oxunub: 542
Oxşar xəbərlər
- Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu
- Şəhriyar Levon Aronyanla heç-heçə edib
- Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov 100 şahmatçı arasında neçəncidir? - REYTİNQ
- Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəldi
- Şəhriyar Məmmədyarov dünya üzrə beşincidir
- Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində 3-cü oldu
- Şəhriyar Məmmədyarov ata oldu - FOTO
- Şəhriyar Məmmədyarov Levon Aronyanla görüşüb
- Şəhriyar Məmmədyarov erməni şahmatçı ilə qarşılaşacaq
- Şəhriyar Məmmədyarov Karlseni məğlub etdi - Çempion oldu