Banqladeşdə avtobusla qatar toqquşub: 12 nəfər ölüb


15:14     19 Dekabr 2020 20_12_19_1608372931.jpg

Banqladeşin şimalında yerləşən Caypurxat dairəsində avtobusla qatarın toqquşması nəticəsində azı 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, məlumatı “Dhaka Tribune” yayıb.

Bildirilib ki, hadisə dekabrın 19-da yerli vaxtla səhər saatlarında baş verib.

Qəzaya səbəb olaraq dəmiryol keçidində işləyən əməkdaşın yataraq şlaqbaumu bağlamaması göstərilib.

Açar sözlər:

Oxunub: 609