Bakıda 46 yaşlı qadın özünü yandırıb


13:22     25 Dekabr 2020 20_12_25_1608888220.jpg

Bakıda qadın özünü yandıraraq intihar edib.

Femida.az -ın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü Sevinc İbadova yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə yerinə təcili-tibbi yardım briqadası gəlsə də, ağır yanıq xəsarətləri alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Açar sözlər:

Oxunub: 344