Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb


19:10     26 Dekabr 2020 20_12_26_1608993960.jpg

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, rayonun Saray qəsəbəsi ərazisində Xırdalan şəhər sakini N.Rəhimli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nasim Qasımovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 358