Yeni peyvəndin tətbiqinə başlanılır


20:25     27 Dekabr 2020 2020/12/A52AF290-9E75-419A-B639-4C69B799DBFB_1609086398.png

Böyük Britaniyanın Oksford universiteti və əczaçılıq şirkəti “AstraZeneca”nın hazırladığı COVID-19 peyvəndi 2021-ci ilin yanvarın 4-dən tətbiq ediləcək.

Britaniya hökuməti peyvəndin yaxın iki həftə ərzində vətəndaşlara vurulacağını açıqlayıb. Peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında həyata keçiriləcək.

Qeyd edək ki, sentyabr ayında Oksford universiteti və “AstraZeneca” şirkəti tərəfindən birgə hazırlanan peyvəndin tətbiqi sınaqların son mərhələsində mənfi reaksiya verdiyi üçün dayandırılmışdı. Aparılan araşdırmalar zamanı problem aradan qaldırılıb.

Açar sözlər:

Oxunub: 390