Daha bir deputat “Mənim addımım”ı tərk etdi


10:38     30 Dekabr 2020 2020/12/07C2747F-A7D4-4703-8F8B-E52C78E8FAA5_1609310583.jpeg

Deputat Anna Qriqoryan hakim "Mənim addımım" fraksiyasını tərk edib.

Femida.az xəbər verir ki, bu barədə o, "Facebook” səhifəsində yazıb.

Bununla belə erməni deputat müraciətində mandatdan imtina etməyəcəyini vurğulayıb:

“Əziz həmvətənlər! Mənə verdiyiniz mandatı saxlamağa qərar verdim, amma "Mənim addımım" fraksiyasından ayrıldım.

Ölkəmiz üçün bu çətin və tarixi məqamda, heç bir siyasi qüvvə tərəfindən məhdudiyyət olmadan xalqın haqlı tələblərini səsləndirməyi özümə borc bilirəm. Mən müstəqil, partiyasız bir millət vəkili olaraq mandatımı qoruyacağam”.

Xatırladaq ki, bundan əvvəl də bir neçə deputat hakim fraksiyanı tərk edib, hətta mandatdan imtina edənlər də var.

Femida.az

Açar sözlər:

Oxunub: 340