Daha bir qazinin ailəsi mənzillə təmin edilib
12:18 02 Yanvar 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsinin iştirakçısı, döyüşlərdə yaralanmış Məmməd Əkbərovun ailəsinin də mənzillə təmin edilməsini qərara alıb.
Nazilrikdən Femida.az-a bildirilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ailə ilə görüşüb, ailənin sosial vəziyyətini öyrənib.
Məmməd Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına savaşıb. Hətta xəsarət almasına baxmayaraq, yenidən döyüşlərə davam edib. Oktyabrın 21-də Qubadlı uğrunda savaşda növbəti dəfə yaralanıb.
Hazırda müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır.
Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən onların mənzil şəraitinin yaxşılaşdırılması qərara alınıb.
Artıq bu məqsədlə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ikiotaqlı mənzil alınıb. Evin sənədləşmə prosesi yeni ilin ilk iş günündən aparılacaq və qısa müddətdə ailə yeni evinə köçəcək.
Qeyd edək ki, bundan əvvəl Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli də ailə ilə görüşmüşdü.
Qazi və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onlar ödənişli ictimai işlərə də cəlb olunublar.
Femida.az
Oxunub: 396
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb