Somalidə terror aktı törədilib, Türkiyə vətəndaşı ölüb


16:39     02 Yanvar 2021 21_01_02_1609588978.jpg

Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə terror hücumu olub.

Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Somalidə yerləşən Türkiyə Hərbi Bazasından 15 kilometr məsafədə yol tikintisi Türkiyəyə məxsus şirkətinin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib. Partlayış nəticəsində biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, 4 Türkiyə vətəndaşı isə yaralanıb.

Açar sözlər:

Oxunub: 474