Rusiya Ukraynaya hərbi texnika yeridir


02:34     26 May 2015 DA910667-20D5-400E-83DC-F9767D600D71_w640_r1_cx2_cy0_cw98_s.jpg

Rostov vilayəti, Ukrayna sərhəddinin yaxınlığında Rusiyaya məxsus hərbi karvan, xüsusilə də “Uraqan” raket sistemi müşahidə olunur.


Karvanın fotolarını Reuters agentliyi yayıb.

Femida.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə nömrəsiz hərbi maşınlardan ibarət karvan mayın 24-də Matveev Kurqan şəhərinə, ordan isə Ukrayna sərhəddinə doğru hərəkət edib.

Rusiyapərəst separatçılar bazar günü Donetsk vilayətindəki Şirokino kəndi istiqamətində Ukrayna ordusunun mövqelərini atəşə tutublar.

Bir neçə saat davam edən döyüşdə 1 Ukrayna əsgəri həlak olub, 2-si isə yaqralanıb.

Ukrayna ordusunun məlumatına görə separatçılar sutka ərzində atəşkəs rejimini 16 dəfə pozublar.

Öz növbəsində separatçılar mövqelərinin 43 dəfə atəşə tutulduğunu deyirlər.

Açar sözlər:

Oxunub: 784