Hərbi vəzifəli əsgər intihar edib
18:13 09 Yanvar 2021

Vətən Müharibəsi qazisi Yunis Mənsurov yanvar ayının 7-də intihar edib.
Bu barədə qazinin yaxınları məlumat verib. Bildirilib ki, əslən Xızı rayonundan olan 24 yaşlı Yunis Abşeron rayon Sulutəpə qəsəbəsində yaşayırmış.
Döyüşlər başlayan zaman o, könüllü şəkildə cəbhəyə yollanıb və torpaqlarımızın işğaldan azad olunmasında aktiv iştirak edib. Dekabr ayının 30-u isə tərxis olunub və ailəsinin yanına qayıdıb.
Yaxınları bildirirlər ki, onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Qeyd edək ki, yanvarın 6-da İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev də Bakıda müalicə aldığı hərbi hospitalda intihar etmişdi və bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiq ediblər. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxunub: 367
Oxşar xəbərlər
- Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - VİDEO
- Hərbi polis azad edilmiş ərazilərdə təhlükəsizliyini təmin edir
- Hərbi qulluqçular “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi
- Hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edilib - SİYAHI
- Hərbiçilərimiz PUA-larla düşmənin 290 hədəfini məhv edib
- Hərbi jurnalist Rəşad Süleymanov vəfat edib
- Hərbi vəziyyətin ləğvi müzakirəyə çıxarılır
- Hərbi qulluqçular təltif edildi - SİYAHI
- Hərbi xidmətdə olan müəllim namizədlər yenidən imtahan verə biləcək
- Hərbi təyyarələr Qələbə paradına hazırlıq uçuşları keçirib