İçərisində 122 nəfər olan gəmi batdı


22:38     20 Dekabr 2015 publika.az1450604884gəmi61.jpg

İndoneziyada içərisində 122 nəfərin olduğu sərnişin daşıyan gəmi batıb.


Femida.az xəbər verir ki, ölkənin 4 böyük adasından biri olan Sulavesi adası yaxınlığında batan gəmidəki sərnişinlərdən 14 nəfəri uşaqdır. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib.

Reuters xəbər agentliyi hadisəyə gəminin motorunda nasazlığın səbəb olduğu barədə məlumat yayıb. Ancaq yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gəminin batmadığını, sadəcə texniki nasazlıq yarandığı üçün əlaqənin kəsildiyini bildiriblər.

İndoneziyanın sularda xilasetmə idarəsi məlumat yayıb ki, batmış bərədəki insanlardan 21-i xilas edilib. 2 nəfərin isə cəsədi çıxarılıb.

Açar sözlər:

Oxunub: 1106