Həbsxanada özünü asan MTN polkovniki ilə bağlı - Cinayət işi


01:33     21 Dekabr 2015 publika.az1439617124intihar_3f8575766%20(1).jpg

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ. Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında araşdırmaları davam etdirir.

Qeyd edək ki, bu gün İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.

Xatırladaq ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu.

Açar sözlər:

Oxunub: 1251