Zərif İrəvana səfər edib


17:40     26 Yanvar 2021 zerif1.jpg

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Yerevanda səfərdədir.


Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, onun yanvarın 27-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşü nəzərdə tutulub.

M.Zərif səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul ediləcək.

Xatırladaq ki, İran XİN başçısı yanvarın 25-də Azərbaycanda, yanvarın 26-da Rusiyada səfərdə olub.

Femida.az

Açar sözlər:

Oxunub: 512