Azərbaycan və Türkiyə müdafiə nazirləri Birgə Monitorinq Mərkəzini müzakirə ediblər


21:44     29 Yanvar 2021 21_01_30_1611958488.jpg


Yanvarın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.


Bu barədə Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar məsələləri müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 798