MHP heyəti Şuşada məktəb tikmək üçün Azərbaycana gəldi


10:11     30 Yanvar 2021 2021/01/35253-1611986938_1611987625.jpg

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) nümayəndə heyəti Bakıya gəlib.

Femida.az xəbər verir ki, heyətə MHP başqan köməkçisi Mevlut Karakaya, Ülkü Ocaqları başqanı Ahmet Yığit Yıldırım, İsparta bələdiyyəsinin keçmiş rəhbəri, memar Yusuf Ziya Günaydın daxildir.

MHP nümayəndələri Bakıda görüşlər keçirdikdən sonra Şuşaya məktəb tikintisi üçün yer seçməyə gedəcəklər.

Xatırladaq ki, MHP lideri Dövlət Baxçalı yanvarın 16-da Ülkü Ocaqlarının təhsil Fondunun Şuşada Üzeyir Hacıbəyov adına 9 illik məktəb tikmək istədiyini bildirib. Bunun üçün Azərbaycan və Türkiyə prezidentlərindən icazə istəyib. Baxçalının təklifinə Bakıdan dəstək verilib və bir neçə gün əvvəl Baxçalı məktəbin eskizini nümayiş etdirib.

MHP lieri bildirib ki, məktəb tikildikdən sonra Azərbaycan dövlətinə təhvil veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 554