Suriyada terror aktları törədilib, ölənlər və yaralananlar var
18:57 31 Yanvar 2021
Suriyanın Əl-Bab və Aazaz şəhərlərində partlayışlar törədilib.
Bu barədə Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, partlayışlar zamanı 10 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.
İlk partlayış Aazaz şəhərində törədilib. Partlayıcı qurğu müvəqqəti hökumət binasının və mədəniyyət mərkəzinin qarşısında dayanmış avtomobilə quraşdırılıb. Partlayış nəticəsində 4 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.
Bir qədər sonra Əl-Bab şəhərindən 5 kilometr şərqdə yerləşən Zerzur ərazisində nəzarət-buraxılış məntəqəsində ikinci partlayış törədilib. Hadisə zamanı 6 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Qeyd edilir ki, ölənlərin sayı arta bilər.
Oxunub: 613
Oxşar xəbərlər
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Suriyada bir neçə terrorçu zərərsizləşdirilib
- Suriyada onlarla terrorçu zərərsizləşdirilib
- Suriyada 3 terrorçu zərərsizləşdirilib
- Suriyada düşərgədə saxlanılan 11 nəfər Azərbaycana gətirilib
- Suriyada terrorçular zərərsizləşdirilib
- Suriyada 14 terrorçu zərərsizləşdirilib
- Suriyada terror aktları nəticəsində 18 nəfər ölüb
- Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edilib
- Suriyada bir neçə terrorçu məhv edilib