Bakıdakı Qran-prinin vaxtı dəqiqləşdi


17:31     02 Fevral 2021 2021/02/d9800290-d406-34a8-a161-2588ebbe5310_850_1612272832.jpg

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.

Azərbayan Milli Paralimpiya Komitəsindən Femida.az-a verilən məlumata görə, bu il 20-28 mayda paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir.

Paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2021” 24-25 mayda baş tutmalıdır və bu, Tokio-2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Qeyd edək ki, yarışla bağlı yekun qərar apreldə ölkədə tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.

Açar sözlər:

Oxunub: 625