Fevralın 8-dən yaşı 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsinə başlanılacaq


20:02     03 Fevral 2021 21_02_03_1612368170.jpg

Fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib. Qeyd olunub ki, 65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Məlumata əsasən fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.


Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Açar sözlər:

Oxunub: 487