Evlənmək istəyən 540 nəfərdə sifilis aşkarlandı


10:03     05 Fevral 2021 evlenmek%20qics.jpg


2020-ci ildə evlənmək istəyən 75 min 857 nəfər tibbi müayinədən keçib. Onlardan 2541 nəfərdə talassemiya daşıyıcılığı, 540 nəfərdə sifilis aşkarlanıb.


Bu barədə Azvision.az-a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, evlənmək üçün müayinədən keçən 110 nəfərdə HİV müəyyən edilib. Bundan əlavə, 48 cütlükdə tassemiya daşıyıcılığı aşkarlanıb.

Ümumilikdə indiyədək 711 min 221 nəfər müayinədən keçib. Onlardan 24 min 434 nəfərdə talassemiya daşıyıcılığı, 2649 nəfərdə sifilis, 715 nəfərdə isə QİÇS aşkar edilib. Bu dövrdə 283 cütlükdə talassemiya daşıyıcılığı müəyyən olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 430