Məcburi köçkünlərə bayram sovqatı verilib


01:15     23 Dekabr 2015 1442495622403032124_1000x6698.jpg

Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yanında olmaq, onlara yardım göstərmək artıq ənənəyə çevrilib.


Bu ənənənin davamı olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri Ağdaş rayonunda olub, burada məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim ediblər.

Bu barədəFemida.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, qaçqın və məcburi köçkünlər onlara göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib, işğal olunmuş torpaqlarımızın tezliklə qaytarılacağına ümidvar olduqlarını vurğulayıblar.

Açar sözlər:

Oxunub: 740