Səhiyyə Nazirliyi: “Dərmanların qiyməti qalxacaq”


21:20     22 Dekabr 2015 12399057_158230571206621_2060573778_n.jpg

"Dərmanların qiymətinə yenidən baxılacaq. Dolların məzənnəsinin dəyişməsi dərmanların qiymətinə təsir göstərəcək".


Onun sözlərinə görə, qaydalara əsasən valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq:

"Təbii ki, qiymətlərin artıq olması qaçılmazdır. Lakin yeni qiymət əvvəlki qiymətlərdən aşağı olacaq. Çünki hazırda bəzi dərmanların qiyməti bir neçə dəfə aşağı salınmışdı. Yəni qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq. Qiymətlərlə bağlı Tarif Şurasının növbəti iclası keçiriləcək. İclasda Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalarda nəzərdə tutulur ki, valyutanın qiyməti 5 % -dən artıq dəyişərsə, qiymətlərə yenidən baxılacaq. Bazarda qıtlıq yaranmaması üçün Tarif Şurası kifayət qədər uyğun şərait yaradıb. Bu günlərdə Tarif Şurası konkret qərarını verəcək. Dərman sahəsində yerli istehsal yoxdur. Dərmanlar xaricdən gətirilir. Qiymətlərin artımına vətəndaşlar anlayışla yanaşmalıdır. Dərmanları işadamları valyuta ilə gətirir. Ona görə də, qiymət artımı qaçınılmazdır. Dünəndən etibarən 3540 adlı dərmanın qiymətində dəyişiklik edilib. Xəstəxanalarda dərman təminatına gəlincə isə, demək istəyirəm ki, dövlət xəstəxanaları dərmanla ilin əvvəlində təmin edilir. Dövlət müəssisələrində problem olmayacaq”.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1289