"Avropalı diplomatları ölkədən çıxarmağa məcbur idik"- Zaxarova


18:04     07 Fevral 2021 zaxarova.jpg

"Rusiya avropalı diplomatları ölkədən çıxarmağa məcbur idi".

Femida.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Rusiya-1" telekanalının efirində deyib. O bildirib ki, diplomatların ölkədən çıxarılması ilə bağlı verilən qərar dövlətin daxili işlərinə müdaxiləyə cavab idi.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi yanvarın 23-də Moskvada və Sankt-Peterburqda qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatını persona non qrata elan etdiyini bildirib. Müvafiq qərarla əlaqədar hər 3 ölkənin səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 412