Mağaza və maşından oğurluq edən ələ keçdi


15:41     13 Fevral 2021 ogurluq.jpg

Qaradağ rayonunda mağaza və avtomobildə oğurluq hadisələri olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən və bir avtomobildən ümumilikdə 14 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 427