Bakıda 19 yaşlı oğlan atasını qətlə yetirib - RƏSMİ
09:57 15 Fevral 2021

Fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 257
Oxşar xəbərlər
- Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında
- Bakıda minik, Gəncədə yük avtomobili yanıb
- Bakıda yolu keçən gənci avtomobil vurdu
- Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
- Bakıda havanın temperaturu 0 dərəcədir - FAKTİKİ HAVA
- Bakıda 7 müntəzəm marşrut xəttinin hərəkəti müvəqqəti dəyişdirilir
- Bakıda hava şəraiti ilə əlaqədar 64 nəfər yıxılaraq xəsarət alıb
- Bakıda yol qəzasında iki nəfər xəsarət aldı
- Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb
- Bakıda qarlı havaya görə avtobuslara aralıq dayanacaqlarda da sərnişin mindirib-düşürmək tapşırılıb