Binəqədi rayonunda 7 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır
12:33 15 Fevral 2021
Paytaxtın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində 7 350 abonentin qaz təchizatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədi ilə istismar müddəti başa çatan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.
Bu barədə Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, vaxtı ilə polad boru ilə çəkilmiş qaz xətti diametri 250 mm, uzunluğu 828 metr olan polietilen boru ilə əvəz olunur.
Bundan başqa, müxtəlif diametrli 400 metr uzunluğunda yan xətlərin çəkilməsi işləri də icra edilir. Təmir işlərinin qısa müddətdə başa çatdırılması məqsədi ilə sözügedən əraziyə çox sayda maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub.
Oxunub: 316
Oxşar xəbərlər
- Binəqədidə ağacı zədələyən şəxs cəzalandırılıb
- Binəqədidə yol qəzası olub, xəsarət alan var
- Binəqədidə avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetirib
- Binəqədidə 36 yaşlı kişini avtomobil vurub
- Binəqədidə gənc oğlanı avtomobil vurub
- Binəqədidə 4 nəfər dəm qazından zəhərlənib
- Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
- Binəqədi Rayon İcra Hakimiyyətinə yeni şöbə müdiri təyin olunub
- Binəqədidə avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirib
- Binəqədidə yolu keçən 8 yaşlı uşağı avtomobil vurub