Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutulub - RƏSMİ


11:51     17 Fevral 2021 21_02_17_1613544792.jpg

Daxili İşlər Nazirliyi ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 369