Mingəçevirdə idman zalının icarədarı həbs edildi
17:11 24 Fevral 2021
Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 20 Yanvar küçəsində yerləşən “Herakl” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu müəyyən edilib.
İcarədar, Yevlax rayon sakini Natiq İsmayılov xüsusi karantin rejimi qaydalarını pozduğu üçün Polis Şöbəsinə gətirilib.
Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə həmin şəxs 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bir müddət əvvəl də polis əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı həmin idman zalının qaydaları pozaraq işlədiyi müəyyən olunub və N.İsmayılova ciddi xəbərdarlıq edilməklə barəsində cərimə protokolu tərtib edilib.
Oxunub: 427
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb