Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
16:45 25 Fevral 2021
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitədən Femida.az-a verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı avtomobilin salonunda olan səs gücləndiricinin və nəqliyyat vasitəsinin qoşqusunda yerləşən yanğınsöndürən qabın içərisində gömrük nəzarətindən gizlədilən 2382 ədəd həb, 283 ədəd dərmanı ilə birlikdə şpris, 240 ədəd iynə başlığı və 50 ədəd şüşə flakonda olan müxtəlif adda dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 500
Oxşar xəbərlər
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı - VİDEO
- Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişir
- Gömrükdə külli miqdarda pirotexniki vasitələr saxlanıldı
- Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən sualların - Cavabları
- Gömrükdə külli miqdarda narkotik aşkarlandı
- Gömrükdə qaçaqmalçılığın qarşısı alındı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı